|
|
|
İNSAN MONOLOQU
Dünyaya gəlmişəm Dünyanın çağrışıyla. Yaşayıram anamın sevgisi, atamın qayğısı, nənəmin alqışıyla. Dünyadan gedəsiyəm Dünyanın ya qocalıq ya infarkt, ya xərçəng qarğışıyla. Dünyada nə hökmdar, nə Allah olmaq istəyirəm. Hər fikrin, hər ürəyin təzadlar adasına səyyah olmaq istəyirəm. Nəşələr qəsrinə, qəmlər odasına qonaq olmaq istəyirəm. Azarlar tropikinə dərman gətirir gəmim-- Aydan gəlmiş adam kimi. O səyyah atam kimi Silahsızam, pakam, təmizəm. Hələ siz olmamış sizəm. Mənə bədxahlar fəndi verməyin. Talelər kəməndi verməyin. Mən gözəllər saçına Meh olmaq istəyirəm. Təbəssümlər çəməninə Şeh olmaq istəyirəm. Qoyun bir ömür zəlzələsinə qonşu olum. Nakam məhəbbətlərin İsa-Musa quşu olum... Raketlər dimdiyində yatırmayın məni. Atomlar pərşumunda batırmayın məni. Onsuz da insan ömrü azdır, az. Ölüm dünyası kəşf edəndən Kolumb olmaz, Qoyun yeni-yeni nur dağı tapım. Qoyun vaxtsız ölümləri vaxtında tapıb aparan sirrlər qaynağı tapım. Ölkələr var, əlində Kədər qaşığı görürəm. Xalqlar var, tikəsində sevinc bulaşığı görürəm, Qoyun bunları duyum, bunları yazım, Hakimi Hitler vəsiqəli oyunları yazım. Fikrimin son həddi-- ayrılı fikirlər səddini qırmaqdır. Əsəbi başlardan silahlar boşaldan, qəzəbli imzalar hökmünü yumşaldan ədalət kürsüsü qurmaqdır. Nəsibim əbədi axtarış, xatirə, yazıdır. Xatirə dəftərim də insana qalasıdır... 1967.
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|