|
|
|
BABAMIN SƏSİ
Babamın gür səsi vardı, Babam bəzən Elə bərkdən danışardı-- Az qalardı taxçadakı çıraq sönə. Yarpaqlar tab gətirməzdi gülüşünün ləpəsinə. Babam elə danışardı, Bəlkə də bir Qərbli qonaq Deyərdi ki, insana bax! Adətə bax!... O coşanda, O qəzəblə danışanda Deyərdin ki, bu saatca Sinəsindən şir çıxacaq... Bəli, babam, Dağ oğluydu! Dağ sinəli olmalıydı. O, səsini Şimşəklərlə cilalayıb, Gurşadlarla yumalıydı! Babama da bu gur səsi, Köhlən yoran Bu nəfəsi-- Miras verən babalardı, Min illəri yola salan Bu dağlardı, Dərələrdi, obalardı. Qıjıltısı qulaq tutan çay dərəsi-- Keçməliydi onun səsi. Quzuların mələşməsi, Qartalların qıyıltısı, Arıların guyultusu, Dağ selləri, Dağ yelləri Maqnit olub Səsi-ünü tutan yerdə, Ağız açan mağaralar Top nərəsi udan yerdə-- Torpağın axın-axın At dırnağı görən igid, Xoş gününü Əldə qılınc-- At belində sürən igid Gur səslə de, Harayla da-- İlkin hasar oldu yada, Meşələrin sükutuna Batan kəndlər, Dərələrin boğazında yatan kəndlər Nərələrdən qalxmalıydı. Bu nərələr Basqınlara, Silahlanmış azğınlara İgidlərin ən birinci qalxanıydı. Bəzən elə bir nərə də Sıldırımlı bir dərədə Səda verib min olurdu. Qoca dağlar silkələnib Düşmən üstə uçulurdu... Qoy bu günün düşməni də At çapmasın harın-harın, Torpaq altda gizlətmişik Gur səsini babaların!..
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|