|
|
|
UÇQUN
Baxdıqca dağlara, dərələrə mən Qəribə fikirlər başıma gəlir. Bəzən ilk baxışda xoşa gəlməyən Uçqunlar yamanca xoşuma gəlir.
Görürsən bir anda dağ dərəsində Uçqunlar özgə bir həyat yaradır. Min illik təzadlar mənzərəsində Uçqunlar təzə bir təzad yaradır.
Uçqundan bir bulaq gəlir dərəyə, Uçqun bir talanın sönən yazıdır. Uçqun təbiətdə nəyinsə nəyə Təbiət dilində etirazıdır.
Ayırır bir dağı bir dağdan uçqun, Qarın göz yaşını selə döndərir. Qartal yuvasını dağıdan uçqun, Bir düzü sonalı kölə döndərir.
Birdir qabağında ağ da, qara da, Palıdı vələsə çatıb aparır. Ən güclü sayılan qayaları da Gücsüzlər içində qatıb aparır.
Dağıdır bir əli, tikir bir əli, Onun daş biləyi, daş bənnası var. Nə bərbad edəndə çəkinir əli, Ən abad edəndə təmənnası var.
1966.
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|