|
|
|
MƏNİM NAXÇIVANIM
Sinəmdə o yerin dağ havasıdır, Qaynar bulaqları qaynar qanımda. Mənim ürəyimin bir parçasıdır Doğma Şahbuzum da, Naxçıvanım da.
Bir bağban əli var təbiətində- Dağda çiçəyi bol, bağda barı bol. O, yaxın dostudur təbiətin də Yayda günəşi bol, qışda qarı bol.
Mən burdan baxıram bütün aləmə, Bu yerin qışı da yazımdır mənim. Axan çaylarına lal sudur demə, Onlar min nəğməli sazımdır mənim.
Seyr elə Arazı bir yaz səhəri, Bir tarix dil açır onun səsində. Bu yerin min dərdi, min də kədəri Yazılmış Atabəy məqbərəsində.
Yaxşı bax, hər qara qayanın, dağın, Dibi Zərdüştlərin ocaq yeridir. O gündən üstündə ana torpağın Qalan min yağının ləpirləridir.
Biz nöqtə qoymuşuq acıya, dərdə Ömrü ulduzlardan almışıq indi. Babamız qəm əkib, qəm biçən yerdə Çiçəkli bağ-bağat salmışıq indi.
Hanı Qəmküsarın qəm şəlaləsi, Qəlbində apardı neçə dərdi o. Çatsa qulağına bu günün səsi Ayılıb adını dəyişərdi o.
Şəhərim çırağban, kəndim çırağban Kəhkəşan sinəmdən nur alsın deyir, Onun gecəsinin işıqlarından O tayın gündüzü işıq istəyir. 1957.
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|