|
|
|
ŞƏHƏRDƏN KÖÇƏN TƏPƏ
Bu gün yaman məyus oldum, Bu gün səhər-- Gördüm:-şəhər kənarında Bir təpəni sökürdülər... Orda çoxlu çöl nanəsi, Orda çoxlu xınalı daş... Dayan bir az, dayan bir az, Maşın yoldaş! Yox, maşınlar dayanmadan O təpəni didirdilər: Dayanmadan, quzğun kimi Elə bil ki, çidarlanmış Bir köhləni didirdilər: O təpənin Balaca yal balaları Maşınların xortumuyla Haçalanıb dəvə, köşək olurdular. Kəfkir vuran maşınlardan Qazancalı maşınlara Axıb xörək olurdular. Qayasından qoparılan Məyus daşlar Yığılırdı maşınlara. Elə bil ki, kəsik başlar Yığılırdı maşınlara. Dimdiyində tük gətirən, Çöp gətirən bir quş gördüm- Bilmirdi ki, hara qona. Bu gün erkən işə çıxan Qarışqalar dönəcəkmi yuvasına? Gözlərimə çox əsəbi, Çox pərişan dəydi külək: Bəs o harda uyuyacaq, Bəs o harda dincələcək? Kim tapacaq uşaqların Daş dibində gizlətdiyi Kiçik taxta qılıncını? Uşaqların döyüş-vuruş Qalasının bu xıncımı Qulağıma sanki dolur. Çiçəklərin təbəssümü Üzüquylu... Arxezoyun, Kaynazoyun təəssüfü Xəyalımda bütün yolu Düşünürəm: bəlkə elə Bir eranın geoloji Muzeyini itirirlər. Bir axtarış güneyini Bir axtarış quzeyini itirirlər. Bu nə sözdür, nə deyirəm? Bəs təzə ev, təzə meydan?.. -Mən nə bilim, Başımıza yer qəhətdi? Axı niyə şəhərlərdən Qovmalıyıq təbiəti... 1960.
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|