 |
|
|
ARAZ ÜSTƏ ÇİNAR GÖRDÜM
Araz üstə çinar gördüm. Qoşa çinar. Budaqları bir-birinə dolaşan çinar. Yarpaqarı bir-biriylə öpüşən çinar. İki titrək, iki güləş, İki şən çinar. Biri bir az gövdəlidir, Bir az da uca, Baxdım boyuna. Bir az nazik, gödək çinar Qısılıb ona. Elə bil ki, lap təzəcə toy eləmiş Cavandılar. Necə oynaq, necə şıltaq Mehribandılar. Adamların gülüşündən nəğmə qaparlar. Adamların gülüşünə nəğmə qatarlar. Yarpaqların uşaq dilli şənlikləri var, Yarpaqların uşaq əlli çəpikləri var. Onlar sussa, Pəncərələr qulağına qulaq bağlayar, Küçələrdə gediş-gəliş ayaq saxlayar. Qucaqlaşıb ulduzları oxuyar onlar, Bir-birinin qucağında yuxlayar onlar... Araz üstə Çinar gördüm. Qoşa duran bir cüt çinar. Gəlin çinar. İgid çinar. Baxdım, baxdım təbiətin, Ağac adlı, Qol-qanadlı cüt heykəlinə. Bir baltalı əl hardasa qıcandı mənə. Qorxdum, qorxdum onların bu Sevgisini yaralayalar. Budaqları, gövdələri, rişələri Bir-birindən aralayalar. Daha pisdir, - qırmasalar, - Çinarların arasından Arx qazalar. Bu arx əvvəl Kiçik olar, dayaz olar... Sonra, sonra böyüyüb bir Araz olar... Araz üstə Çinar gördüm. Qoşa çinar. Budaqları bir-birinə dolaşan çinar. Xəyalımın üfüqündə görüş istədi İki tənha pərişan çinar... 1967
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |