 |
|
|
ARAZIN İŞIQLARI
Araz axır yırğalana - yırğalana, Elə bil ki, yorğalana - yorğalana Bir ac dəvə o yanına, bu yanına ağız atır. Qarnı batıq, sarı dəvə yerişini yavaşıdır yavaş-yavaş... Deyirəm ki, asta yeri, dəvə qardaş, asta yeri, Dağıdarsan nur yükünü, yortsan əgər. Aclığın var, boynunu bir çölə döndər. Dəmir tikan qırpmaq öyrən, dəmir tikan. Dəmir tikan qırpmaq öyrən, dəmir tikan.
Alqışlar çaylar səni, Həftələr, aylar səni. Yükün işıq yüküdür, Yormaz bu taylar səni...
Deyirəm ki, dəvə qardaş, Bax burada xıxlanacaq, Bax bu düzdə yatacaqsan. Öz yükünü bax burada atacaqsan. Nur tayları bu dərədə söküləcək. Burda işıq dəyirmanı tikiləcək Sahillərin qaranlığı yuyunacaq, ələnəcək, üyünəcək. İkiqəlbin işıq nəbzi bir qovşaqda döyünəcək. Sahillərin işıq dili yaranacaq. İşıqların öz həsrəti, Öz nisgili yaranacaq. İşıqlar öz dərdlərini O sahillə, bu sahillə bölüşəcək. İki sahil: işıqlarla ayrılacaq, İşıqlarla görüşəcək. Gündüzlərdən çox olacaq dərdi - səri gecələrin. O tay - bu tay şəhərlərdə küçələrin Bir-birinə yazışması başlayacaq. Gündüzlərin küsüşməsi, Gecələrin barışması başlayacaq. O işıqlar, O işıqlar biləcəkmi: Ayrılığın toranlığı nə deməkdir?! Toranlığın boranlığı nə deməkdir?! Boranlığın qaranlığı nə deməkdir?! Eh, nə bilim, hər bir dərdi taleyinə İnsan özü gözəmirmi? İşıqlar da insanlara bənzəmirmi? İşıqlar da bir-birinə Soyuq odlar olacaqdır. İşıqlar da bir-birinə Yaxın yadlar olacaqdır. İşıqlar da ayrılığa öyrəşəcək Yükünü çək, dəvə qardaş, yükünü çək...
Avqust, 1968
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |