 |
|
|
XATİRƏLƏR
Axır yetişəcək ayrılıq çağı, Mən səndə, sən məndə alışasıyıq. Hələ bu görüşü bir-iki yaxın Dosta da arabir danışasıyıq.
Xeyli susmayacaq yaddaşın səsi, Sözün olmayacaq əvvəli, ardı: “Sinəmdə bu odda kişi nəfəsi...” “Qəlbimdə bu adda qadın yaşardı...”
Hələ deyəcəyik: “Dönə o günlər, Onu istəyimcə görə bilmədim. O mənim qəlbimə girdiyi qədər Mən onun qəlbinə girə bilmədim...”
Sonra bu ülfətin, gülüşün, sözün Odu yavaş-yavaş soyuyacaqdır. Bu səslər, bu sözlər ürəyimizin Gizli bir küncündə uyuyacaqdır.
Qalacaq bir uzaq, bir şirin nağıl, Yollar yormayacaq nə məktub, nə zəng. Ya məndən bir təbrik-bayramqabağı - Ya səndən bir barmaq kağız gələcək.
Axır fikrimizə bir iti caynaq Girib bunları da didişdirəcək. Ən məhzun, kədərli anlarda ancaq Bizi xatirələr görüşdürəcək.
Ta heç nə demirəm, heç nə demirəm, Alışır sinəmdə söz aram-aram. Mən sənə bir kövrək, yaddaşı möhkəm, Vəfalı xatirə bağışlayıram.
Yalta, yanvar 1968
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |