OXU, TATAR QIZI
Oxu, tatar qızı, dodaqlarını Darasan çayına söykəyib, oxu! Qayalar şəkləyib qulaqlarını Tanış bir nəğməni dinləyir, oxu!
Bu dilsiz daşlara səslər hopulub, Yaşayır uçrumlu dağ arasında. Sahildən qovulub, yurddan qovulub Gizlənib bir ayı mağarasında.
Oxu, dünəniylə gəlib görüşən Bir tatar qarısı tuş olsun ona. Yetim uşaq kimi didərgin düşən Nəğmələr tapılıb qoşulsun ona.
Nəğmənin səfəri üfüqlərədir, Nəğmənin mənzili qalmaz yarıda. Oxu, varaqlansın gözümdə bir-bir Babanın dünənki günahları da.
Səni başa düşər qədim bir qala, Anlar binaların, yolların çoxu. Oxu, tatar qızı, yarımçıq qalan Bir el nəğməsini təzədən oxu...
Yalta, yanvar 1968
|
|