 |
|
|
AXI DEMİŞDİM Kİ...
Yenə həmdəmimdir qələm-dəftərim, Bir küncdə közərən tənha ocağım. Niyə darıxmıram səndən ötəri, Axı demişdim ki, darıxacağam...
Getdin sən. Yeridir dalınca gülsəm, Gedib xatirən də özündən qabaq. Bəlkə sabahısı üz-üzə gəlsək Səni tanımıram, faciənə bax.
Arabir beynimdə fikir yelkəni Səni xilas edir, məni qərq edir. Bəlkə sən özünlə apardın məni, Məndəsə qalmadın, nə qəribədir.
Bəlkə də bundadır bəxtiyarlığın, Mənimlə dil tapmaq deyildir asan. Əgər yoxluğunda yoxsa varlığın Demək varlığında sən elə yoxsan.
Yenə çay qırağı öz görkəmində, Gözləri yol çəkir cığırın, yolun. Meşə sükutunun gizli qəmində Təəssüf oxunmur: “Hanı bir qolun”.
Mən indi bildim ki, o dilim-axmaq Qəlbimdən gizli çox yalanlar demiş. Mən indi bildim ki, sənli yaşamaq Sənsiz yaşamağa bərabər imiş. Yalta, yanvar 1968
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |