|
|
|
TƏƏSSÜF
Bu görüş nə acı qismətmiş bizə, Elə bil bir kədər gölünə düşdük. Salamsız, kəlamsız durub üz-üzə, Bir xeyli baxışla, gözlə görüşdük.
Əsdi ürək kimi ovcumda əlin, Sən əzəl bu qədər kövrək deyildin. Sən əzəl bu qədər mehriban, həlim, Sən əzəl bu qədər qəşəng deyildin.
Hanı ömrümüzün o keçən günü, Hanı öz əhdinə o dönük andım... Sənin “gəl barışaq” təbəssümünü Mən o vaxt əl açan dilənçi sandım.
İndi dayanmışıq üz-üzə, yaxın: Təəssüf çay kimi axır aradan. Bəlkə də vədəsiz yaxın olmağın Cazibə gücündən tez aşır adam.
Bir eşqin dolaşıb itən yoluna Tutma çırağını bu aləmdə sən. Kaş elə məzara gedən yoluma Göy işıq olasan bu görkəmdə sən.
Bəlkə də yüz dəfə görüşdük belə, Yenə xatirələr, yenə təəssüf. Təəssüf, təəssüf, təəssüf ilə Qayıda bilməyən günə təəssüf!.. Dekabr, 1967
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|