|
|
|
ANLARIM
Səhər təbəssüm idim. Təbəssüm, bir qucaq. Gözümün nurunda yuyundu bağça-bağ. Nəğməmi Səhər yelləri oğurlamışdılar. Bir az Gecikmişdi quşlar. Onların da qanadına Pərvazlıq atdım. İnsan ömrümdən bir az Quş ömrünə qatdım. Düzlərə yol açdım, Babamın ruhunu Düzlərdə zəmi gördüm. Dağlara qol açdım, Qəşbəndi azacıq Alnına sürüşən, Darayı yaylığı çiyninə düşən nənəmi gördüm. Gülümsər çəməni Qaymaqlı nəmi gördüm, Günəşə sarı getdim, Günəşə sarı. Bütün qapılara. Günəş açarı saldım. Günəş açarı Bütün ürəklərə günəş açarı. Elə vüqarlandım ki, qanadlandım ki, özümü günəşin yerdəki vəkili sandım ki... Gündüz qəzet davalarına düşdüm, Münasibət dalğalarına düşdüm. Muğamat konsertimə Cığıltı qatdı Bir müxbirin giley-güzar dalğası. Beynimə qondu bir ağacdələn, Bir tərif darğası. Gündüzüm... gündüzüm... Gah mənim gül düzüm, Gah mənim gül dərəm. İstərəm hər anın Çətrindən gül dərəm. İstərəm hər anın Camından bal dadam. İstərəm bu camın Lap elə boşundan bal dadam. Yarımçıq xoşundan bal dadam. Bal deyib, bal dadam. Bəzən də özümü aldadam... Axşam xatirəydim, Uşaqlığımgilə dəydim. Oyuncaqlarımgilə dəydim. Dostum gəncliyimlə görüşdüm. Qızlar güllüyünə düşdüm. Anaların qucağında Qızlar çələngi vardı, Qızlar çələngi. Saçlar çay çələngi. Saçlar çay pələngi. Üzlər ay çələngi. Çəmən asılmışdı ətəklərindən, Bulud yapışmışdı ləçəklərindən, Yollar dolanmışdı bellərinə ki, Güllər ilişmişdi tellərinə ki, Zəriflik, kövrəklik ala bilələr, Yoxsa göy sarala, yer sola bilər... O çələngdə bir gül gördüm, ayrı güldü. O günlərin çələngindən qapdığım gün ayrı gündü. Günlərimi günlər aldı, Gül saraldı. Xatirəmin əllərindən Tutub qaçdım o günlərdən. Ey anlarım, o günlərdən Bulaq-bulaq nəğmə oxu, İlmə-ilmə ömür toxu! 1968
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|