 |
|
|
SALYERİ
Məni bir məclisdə təriflədilər, Günahkar balaca bir şerim oldu. Motsart qığılcımım yox ikən hələ, O gündən mənim də Salyerim oldu.
Elə ki, bir qəza gəlir başıma, Bəxtimə qəfləti bir hellənc dəyir, -- O günü Salyeri çıxır qarşıma, O günü üzümə xoş gülümsəyir.
Elə ki, azacıq dinc olur yerim, İstəsəm gecədən bir çimir dadam, Ürək ağrısına dönür Salyeri, Qoymayır dincələm, qoymayır yatam.
Arabir gecələr yuxumu pozan Küçə itləri də salyeriləşir. Arabir səhərlər beynimi qazan Maşın fitləri də salyeriləşir.
Sevinsəm, qarnını sancı doğrayar, Gülsəm, gülüşümü ağzımdan qapar. İstər göz yaşımla üzünü yuya, İstər göz yaşımda mirvari tapa.
Onun çəkməsinin dabanlarında Əqrəb tikanı var, ilan dişi var. Dalımca sürünüb külək donunda Kölgəmi zəhərlər, rəddimi sancar.
Hərdən də qapımda haray qoparar, Dönər yer üzünün bəd xəbərinə. Arabir məni də alıb aparar Özünün naməlum şəhərlərinə.
Böhtan gəlinidir burda hər evin, Riya təzə bəyi, nələr görürəm... Salyeri adına qəsdçilər evi, “Salyeri” markalı zəhər görürəm.
Kim isə qibtələr yaşasın deyə Yalan bir varlığa heykəllər qurur. Kiminsə yolunu keçilməzliyə Yönəltmək naminə tərif yoğurur.
Az qalır özümü mən özüm yıxam, Bir “mən”də qibtəylə mənlə əlləşir. Geriyə baxmağa bəzən qorxuram. Qorxuram kölgəm də salyeriləşib.
Nə yaxşı ünvanı azıb bu naşı, Hardasa yaradır bir əl, bir qələm. Nə yaxşı, mənmlə qarışıb başı, Nə yaxşı bilmir ki, Motsart deyiləm. Bakı-Yalta, 1967-1968
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |