 |
|
|
QOLTUQ AĞACI
Qoltuq ağacına yazığım gəlir, Tutub bir binanı çiyinlərində O zorba bir dirək ola bilərdi. Məğrur bir çobanın çiyinlərində Qurd əzən dəyənək ola bilərdi. Bir körpü tağı da ola bilərdi, Tüfəng qundağı da ola bilərdi. Vaxtsızmı qırıldı, tezmi qırıldı... Vüqarı qırıldı, əzmi qırıldı. Qoltuq ağacından acığım gəlir, O bütün yollara qoltuqdan baxır, Girdiyi qollara qoltuqdan baxır. Nəğmə də oxuyur o, cırhacırla, Qırıla-qırıla... Qoltuqdan oyana getməyir səsi. Nədir oxuduğu? -- “qoltuq nəğməsi” Özü bu vərdişi ömrünə yazıb, Onu bir qoltuqdan tullasan əgər, Yanından yan ötüb bir ayaqsızın, Kiməsə üçüncü ayağa dönər... Daş kaha yaxşıdır bir uçuq damdan, Duyar eyhamımı bir qoltuq acı: Deyirəm qoltuğa girən adamdan Yaxşıdır bir sınıq qoltuq ağacı.
1967
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |