|
|
|
DOSTLUQ NƏĞMƏSİ
Yurduma dostlar gəlir Vətənin hər yerindən. Baltik sahillərindən, Ural ətəklərindən. Dost gəlişi bayramdır -- Belə deyib babalar. Sevinib bu gəlişdən Bizim ellər-obalar. Çaylar öz nəğməsini Bir az da artırıbdı; Dağlarımız sel tökən Buludu batırıbdı. Üfüqdən qapı asıb Muğan düzü, Mil düzü. Kür-Araz tellərinə Çiçək düzüb, gül düzüb, Alqışlayıb gələni, Uğur - deyib gedənə. Vətənin hər parçası Şöhrət olub Vətənə; Şöhrət olub həmişə Nəğməli diyarımız. -- Şerində, sənətində Gücümüz, vüqarımız, Nizaminin önündə Papaq çıxaran olub. Sabirin “Hophop”unu Töhfə aparan olub. Burda günəş bacıdır Meyvəli bağlar ilə. Günəş süfrəyə gələr Üzüm ilə, nar ilə. Günəşin işığını Düzənlərə sağarıq. Orda işıq dərərik, Orda pambıq yığarıq. Burda hörmət, məhəbbət Ən böyük varımızdır. Bu uca dağlar bizim Qardaşlıq qalamızdır. Bura xoş qədəm atan Gül-çiçəyə bələnib. Dostluq nəğməsi bizim Qəlbimizdən baş alıb, Dağlara, düzənlərə Nur kimi səpələnib.
1973
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|