 |
|
|
AZƏRBAYCAN - DÜNYAM MƏNİM
Azərbaycan - qayalarda bitən bir çiçək, Azərbaycan - çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək, Azərbaycan dünyasından baxar dünyaya.
Azərbaycan - mayası nur, qayəsi nur ki... Hər daşından alov dilli ox ola bilər. “Azərbaycan!” - deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində, Oğulların göz atəşi gözəl əridir. Azərbaycan səhərinin bəbəklərində Qütb ulduzu, dan ulduzu gözəlləridir.
İllər olub - kürrələrdə dəmir olmuşuq, Sərhədlərdə dayanmışıq küləkdən ayıq. Od gölündə, buz çölündə gəmi olmuşuq, Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı, Dalğalandı Sabirlərin ümman dünyası, Azərbaycan qatarı da yollara çıxdı Dağılanda Qoca Şərqin duman dünyası.
Azərbaycan - mayası nur, qayəsi nur ki... Hər daşından alov dilli ox ola bilər. “Azərbaycan!” deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər.
1970
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |