 |
|
|
ŞUŞADA BİR GECƏ
Bu gecə gecənin son qatındayam, Bu gecə bir qəndil qanadındayam. Sağımda bir dərə - qara hörükdür, Solumda bir dərə - qara hörükdür. Dövrəmdə buludlar bölük-bölükdür. Dünyanın damına çıxmışam, nədi? Dünya qaranlığı harda gizlədib? Dünya toranlığı harda gizlədib? Gecə ağ yağışda durulanıbdı, Gecə dağ mehində qurulanıbdı, Daranıb, bələnib işıqlarına, Taxıb qarmağını göy tağlarına Bir çilçıraq şəhər, bir qəndil şəhər, Hər evi bir qızıl qərənfil şəhər. Uzaqdan: bir ulduz topası kimi göy üzündədi. Yaxından: bir qaya lampası kimi yer üstündədi. Gecənin qoynunda yanır dağ şəhər, Fəzadan asılı, çilçıraq şəhər. Dağlar öz ovcunda yanıdırıb onu, Ulduzlar qoynuna qaldırıb onu Bu dağlar vüqarı, bu dağlar gücü. Bu gecə kəşf etdim bir Şuşa bürcü Bir Şuşa bürcü, tamaşa bürcü... 1970
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |