 |
|
|
DAĞ ÇAYINA OXUNMUŞ MƏKTUB
Rəsul Həmzətova
Bu torpağın adətidir min ildən bəri: Şair oldun -- öz qapındır açdığın qapı. Ümidlərin ən sonuncu sığıncaq yeri, Ən sonuncu and yeridir şer kitabı.
Sən gələndə səs yayılır Azərbaycana: Qaraqabaq adamlar da azca qımışır. Kimin duzlu sözü varsa, çıxsın meydana, Yoxsa Rəsul aparacaq bütün alqışı!
Muştuluqçu xəbərlər də düşməyir atdan, Çapır bizim dərələrə, dağlara doğru: “Rəsul gəlib Dağıstandan...” Dillənir atam: - Dağıstana nə çox gedir bu Həmzətoğlu!
Eyniləşir dağ vüqarı, Dağlı vüqarı; Bir qocanın dediyini hələ dinlə bir: “Balam - deyir - yer üzünün uca dağları Elə bizim bu dağlardan köçüb getmədir”.
Dünən gözəl qar ələndi şəhərimizə, Dedilər ki, bu töhfədə Rəsul əli var... Gülə-gülə söylədi ki, Süleyman Rüstəm: “Dağıstana yağar ancaq bu ağlıqda qar...” Bu dağlarda hər çay igid, hər bulaq gəlin; Hər şey olar - çay olanda, bulaq olanda. Yağışına, buluduna bərəkət gəlir -- Təbiətə şair oğlu qonaq olanda.
Bu torpağa baş əyməyin -- baş ucalığın! Məbəd bildin bizim qədim sənət yurdunu. Sən gələndə şairləri başına yığıb, Təkrar-təkrar xatırlarsan Səməd Vurğunu.
Təkrar deyil dost elinə müntəzəm gəliş, Təkrar deyil təriflənə tərifdən uca! Heykəlini özü yonub, özü dikəltmiş Təriflilər bir qıyğacı baxışdan uçar...
Dedim sizi ayırmayım son nitqlərdən, Bir də sizə, doğru desəm, yetmədi əlim. Dağ çayına oxumuşam bu məktubu mən, Surətiylə tanış olun, Rəsul müəllim! 1973
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |