![](images/bg.gif) |
|
|
XARİCİ DİL MÜƏLLİMİ
Alovlu illər idi dil öyrənən illərim. Uzaq-uzaq bir dağın döşündəydi kəndimiz, Yamaca lehimlənən qurşun idi kəndimiz. O, haraydan qızışdı, axdı dərə aşağı, İgidlərin nərəsi, İgidlərin qəzəbi - Axdı dərə aşağı, Haray dili öyrəndi balaca kənd uşağı. Alovlu illər idi dil öyrənən illərim. Ot biçər, kol qırardı yazı yazan əllərim. Mən çox gözəl öyrəndim: Dəryazların dilini, Külünglərin dilini, Sazaqların dilini, Küləklərin dilini. Bir cürcənə içində çimirsiz gecəm olub, Yağışların çox saya, Sayaçı nəğməsini sübhəcən dinləmişəm. Dolular dimdiyində qayalar keçəl olub, Şimşəyin hədəsini sübhəcən dinləmişəm. Onda zaman - müəllim, Təbiət - dərslik idi. Dil dərsimiz bunların Hökmünə təslim idi. Yerdən çörək diləyən xış dili bilməliydi, Quş dili bilməliydi, Daş dili bilməliydi. Əsgər aparan yolun intiqam dili vardı, Qara kağız gətirən yol dilsiz ağlayardı. Onda əsil vətəndaş dilimiz - hünər idi. Onda mənim Xarici dil müəllimim əsgər idi... 1973
|
|
|
![](images/bg.gif) |
|
![](images/bg.gif) |
| ![](http://www.memmedaraz.az/images/bg.gif) | ![](http://www.memmedaraz.az/images/bg.gif) | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| ![](http://www.memmedaraz.az/images/bg.gif) | | ![](http://www.memmedaraz.az/images/bg.gif) | | ![](http://www.memmedaraz.az/images/bg.gif) |
|
![](images/bg.gif) |