|
|
|
ÇOBAN SƏHƏRİ
Qışlaqda yazılmış şer
Çoban qardaş, bu gün erkən oyat məni, Dan yerinə bir at çapmaq istəyirəm. Boz at gətir, boz dumanda boz at məni İtirdikcə itik tapmaq istəyirəm.
Səhər-səhər qırovlu mərz -- soyuq dodaq, Öpüm onu -- isindirim, isinim bir. Uzaq üfüq qaşındakı sönən ocaq Nə zamansa qərib düşən hisslərimdir.
Neçə ildir yollarıma çıxmır turac, Nəğməsinə, çəhliminə yadam indi. Dan yerinin işığını qulac-qulac İstəyirəm bu yollara atam indi.
Canavar da görməmişəm çoxdan bəri Qurd ürəyi varmı indi -- yeyən ola. Bu düzlərdən ov təzdirən ləpirləri Bir canavar yuvasına düyən ola.
Şehli düzdək biçdirəcək qırçın-qırçın, Çoban bilər nə tamdadır payız südü. Elə bil ki, çiynindəki yapıncının Ətəyidir dalısınca gələn sürü.
Cilov çəkim, ilgəhləsin qoşa sətrim, Gün dəyəndə şum buğlanar, xumarlanar. Təbimizdə sən olmasan -- torpaq ətri, Şerimiz də bir baxışdan buxarlanar.
Hər səhərin öz addımı, öz gəlişi Neçə ildir pəncərəmdə eyni səhər, Nolar bəşər -- deyirəm ki, sözgəlişi, -- Nəğmələri, ilhamları eynilətsələr.
Xoşum gəldi o xallı, göydəmir atdan, Dəli olsun, yalmanına yata bilim. Bir səhəri başlayım mən üfüq altdan, Bir axşamı gün batanda bata bilim.
Dekabr, 1970
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|