|
|
|
FƏHLƏ SÜFRƏSİ
Bir qayanın dibindəcə süfrə açdıq, Kürsümüz də, mizimiz də daşdan idi. “Nə sağlığa, nə də yağlı sözə acdıq, Kim dahidi, kim uludu”-- deyilmədi. Arpa çayı hazır idi içilməyə-- İki zirvə qədəh kimi üz-üzəydi. Deyilmədi: üzülməyən, keçilməyən Dağları kim keçəndi, kim üzəndi... Dağ kəvəri gözümüzdən yaş axıtdı, Xallı kəklik yaldan baxıb qah-qah çəkdi. Dağ keçisi dərəyə daş dığırlatdı, Mırıq yarğan tozanaqda bir ah çəkdi. Fəhlə üçün bunlar adi xəbərlərdi, Gəvəzə söz-söhbətiydi yal-yamacın. Mənim üçün cığırlar ağ nəğmələrdi, Onun üçün tozlu çəhlim- özü açıb. Qayaları qaval kimi çaldı külək. Haradasa ildırım da nərildədi. Boz qayanın yarığından boz kürkünü Tez gətirib, Kürəyimə atıb dedi: Burda dolu daş qanadır, Burda yağış misi dəlir. O üfüqün qaşındakı qaşqabaqlı Qara bulud ağlamalı, gülməlidir... Buludlar ağ mərmisini səpdi yerə, Fəhlə nəhəng bir qayanı kürk elədi, O, nə adi heyrətini sərdi yerə Nə də böyük qorxmazlığı görk elədi. Təbiətin nağılına qulaq asdı: Nənəsinin nağılı kimi, Xumarlandı. İldırımı sanki dağlar lentə yazdı. Bir dil tapdı göyün eşqi, yerin andı. Dadlı idi yağış altda naharımız, Dumanı da, çiskini də əziz paydı, Bu naharda-min ətirli baharımız, Küləyi də, pencəri də əmlik əti. Bir fəhləyə qonaq oldum Arpaçayda, Bu süfrənin hər tikəsi bərəkətdi...
1973.
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|