|
|
|
QARABAĞ DÜZÜ
Bu gün mənim dənizimdi Qarabağ düzü, Kəhər atın tozanağı “Doqquzuncu bal”. Bu gün mənim söz düzümdü-- Qarabağ düzü. Sonsuzluğun son xəttini gəzirdi xəyal. Bu gün mənim çörəyimdi Qarabağ düzü.
Hər əlimdə Kür çayından bir bıçaq arxım, Yoğuracaq, yapacaqdım gecə-gündüzü. Sonra halal süfrələrə doğrayacaqdım. Bu gün mənim tariximdi Qarabağ düzü.
Bu gün üfüq bir üzükdü-Nizami qaşlı. Geri fırlan, yer kürrəsi, zamandan küsüb Nüşabənin kəcavəsi təpədən aşdı...
Qədim Bərdə Tərtər üstən yüz körpü atdı, Xəyanətin adlaması böyük ar oldu. Hanı tarix cünglərinə yubanmış atlı?-- Azərbaycan qadınından hökmdar oldu!
Bu gün mənim bir düz kürsüm-- Qarabağ düzü. Qanadımdı qız alqışı, qadın alqışı. Bu gün mənim bacım Gülsüm-- Qarabağ düzü.
Doluxsunma, bir də gələr, şair qardaşın, Bu gün bizə quzu kəsdi Hüseyn qağa, Baxdım: sürü adaları göy düzdə üzür. Bir dostluğa, bir süfrəyə, bir eşqə sığan, Bir dənizdi yer üzünün Qarabağ düzü...
İyun, 1972.
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|