QOCA ƏMİM BELƏ DEDİ
Kitabdan da, yaddaşdan da qayadı möhkəm, Bu qayalar sirr bilir ki, -- Loğman da bilmir. Bir haray çək, bu dağlarda qalsın harayın. Könül səsi könüllərdə yaşamalıdır. Kişilərdən haray qalıb, ad qalıb bizə.
Nakişinin səpdiyi dən qum bitiribdi. Sən arabir bu yerlərə özgə kimi gəl. Qərib yolçu donunda gəl. Şər qarışanda: Gör atının yedəyini tutan olurmu! Varsa, demək, bu yerlərdə kişilər ölmür. Qoca əmin bu dağlardan dağ ömrü alıb. Sən arabir bu yerlərə söz almağa gəl; Söz çəkməyə sözdən düzgün tərəzi yoxsa, Etibarın “para”, “bütün” çeşidi yoxsa, Dul arvadın çəpərinə daş atan yoxsa, “Üç ayaqlı uşaqlara” sataşan yoxsa, Bulaqları övlad kimi qoruyan varsa, Dağ çayını nənə kimi qoruyan varsa, Demək, burda qoca əmin yaşayır hələ, Demək, burda kişi ölür, kişilik ölmür... 24 dekabr, 1973.
|
|