|
|
|
ÖMRÜMÜN SUAYRICINDA
Uçuq bir dəhnədən suyu sovulmuş, Dəni qarışqaya, quşa yem olmuş, Üzündə səhərin sazaqlı yeli, Qabarlı çiynində təpcəkli beli, Qıçları çirməli bir suçu kimi Elə yol gedirəm fikirli, tutqun. Dayanıb, yorunuq bir yolçu kimi, Deyirəm çox nahaq bu yolu tutdum. Hansı bir bərənin gülləsindəsə Özümü ayıltmaq istəyəcəyəm. Ömrümün hansı bir pilləsindəsə Geriyə qayıtmaq istəyəcəyəm, Ata buyruğundan ilk qədəm alan, Ana yuxusunda uçurumu qalan O cavan kim idi? Sevdiyi qızgilin bağı yanından Keçəndə qəfildən duruxan cavan? Əyilib o bağa gizli daş atan, Mürgülü quşları vaxtsız oyadan O cavan kim idi? Nə idi o çağrış, nə idi o səs, “Hey-hey” cavabını gözləmədi bəs? Ağ yollar atını çapdı dalınca, Dolular atını çapdı dalınca. Buludlar üzünü qanatdı qəfil, Gürşadlar saçına əl atdı qəfil. Hər qaya dibində bir bacı bulaq Sızladı: nə zaman o qayıdacaq?... Yollar ətəkləyib, qayalar çapıb, O gənci axtarıb, o gənci tapıb, Rəddini, izini yollardan yığıb, Dağlara yönəlib, dağlara çıxıb Yenə ürgəmizi çullayacağam. Qıçıma dolaşan bəd niyyətləri, İlğım qiyafəli bədiyyətləri Dərənin dibinə tullayacağam. Sinib boz ürgənin bulud yalına, Çapıb gedəcəyəm bulud dalına. Arabir ucuna şimşək dolayan Qardaş dəyanətli dəyənəyimi, Məni görən kimi quyruq bulayan, Əlimi yalayan boz əniyimi-- Mürgüdən oyatmaq istəyəcəyəm, Onlara qayıtmaq istəyəcəyəm. İki göz baxacaq bir boz çadırdan, İki iz çıxacaq bir boz çadırdan. Biri: vədəxilaf bir sona izi, Biri: iz izləyən qaynana izi... Dolaşa-dolaşa biri-birinə, O izlər bulaqdan dönəcək yenə. Mən məhəl qoymadan bunlara qəti Pay da istəmədən ilk məhəbbəti Qovaram atımı şıltaqlığıma, Gəncliyi haqlayan uşaqlığıma. Quzulu yamaclar dağıdar çəni, Təpələr çiyninə götürüb məni, Qaldırar havaya qartal sayağı, Sonra da uçurdar üzü aşağı. Qayadan qayaya pırıldatdığım Kəkliklər sevinməz bu gəlişimdən. Daşını dərəyə yuvarlatdığım Gədiklər sevinməz bu gəlişimdən... Yenə dərələrə sığışmaram mən, Yenə zirvələrə yığışmaram mən. Yenə ayağımdan atıb yolları Qanad istəyərəm bu günə sarı... 1970.
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|