BAKININ GECƏSİ (Nəğmə)
Bakının gecəsi, Məhəbbət çətirli Gilavar gülablı, Gilavar ətirli.
Bu gecə nə gözəl, Nə sirli-soraqlı... Bu gecə, bu gecə Kəhkəşan daraqlı...
Bu nurlu gecələr -- Qəlbimdə gecələr. Səhərlər üfüqdən Günəşə köç elər.
Analar laylalı, körpələr uyğulu, Xəzəri nəğməli, Xəzrisi duyğulu...
Bakının gecəsi -- nur adlı bir dəniz -- Sahili eşqimiz, Mayakı qəlbimiz... 1973
|
|