 |
|
|
QƏFİL
Bir haray yuxuma güllə boşaltdı, Bir duyğu səsiymiş oyadan məni, -- Qəfil bir səksəkə qoynuna atdı, Oyatdı bir qəfil yuxudan məni.
Qəfil baş kəsmələr, qəfil asmalar, Qəfil qasırğalar yadıma düşdü. Qəfil hökmləri qəfil yazmalar, Naqəfil darğalar yadıma düşdü.
Qəfil oyanışlar, vuruşlar ki, var! Yaman qəfilləri qəlbim unutdu. Qəfil hücumlara qəti duruşlar Gözümə təsəlli pərdəsi tutdu.
Qəfil üsullarla çoxdan tanışıq, Bəzən bu cürəti yada vermişik. Qacarı qəfildən yaxalamışıq, Nəbini qəfildən bada vermişik.
Qəfil muştuluqlar az çıxar yola, Qəfil xoş xəbəri haxla deyiblər. Qəfil bir sevgini dağdan qolayla Sonra dalısınca ağla, deyiblər.
Bu torpaq əsrlər qaranlığında Qəfil nur dağları dikəldib axı! Bu torpaq qədimlər toranlığında Nadan sürüsü də kökəldib axı!
Qəfil təzadların sıçrayış yeri-- Gah zülmətli olub, bu yer, gah işıq. Biz hələ bu yerdə qəfilliklərin Əsil damarını axtarmamışıq...
1970.
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |