 |
|
|
BİR İL
Əli Kərimiin xatirəsinə
Eh, dünən incəldi qəlbimiz yuxa kimi, Biz dünən bir ili qatladıq soyxa kimi Göz yaşımızı büküb qatladıq. Dünən -- bir insan üstündən il adladı, Dünən əfsanələrə etiqadlar da İnamından üzdü əlini, O, daha keçdi ömrün Həyat adlı sahilini. Keçdi ölüm sahilinə. Bir addım məsafədə O, bizdən min il, milyon il uzaq. Bir itən səs ki, Daha geri qayıtmayacaq. Nə fərqi dünən batıb, Ya Nizamidən min il qabaq... Bir il! Nə qəribə adətdi -- Bir il! Ən ülvi hörmətdi -- Bir il! Bir il onun gəlişinə güman olar. Ölənin ilindən sonrakı ölümü yaman olar. Daha haqqı çatmaz onun: “Qılıncımı paslatmayın” deməyə. “Atımı yəhərləyib satmayın” deməyə. “Evimdə toy-büsat qurmayın” deməyə. “Yerimdə yatıb durmayın” deməyə. Adətlər haqq verər: Gəlin qara yasdan Çıxmağa izn istəyə; Adətlər haqq verər: Qaynata, qaynana Gəlinə uğur deyə: Yeni yuvaya uçur -- deyə. Adətlər haqq verməz: Bir qəbrin: qısqanclıq hissiylə yanmağına. Adətlər haqq verməz onun kiminsə yolunda dayanmağına. Bir ildən sonramı başlayar gedər-gəlməz? Gedər-gəlməz! Bəs varmı görəsən gələr-getməz, ölər-itməz, itər-ölməz qanunları? “Var!” deyirəm öz-özümə. Bəs biz nəyik! Bəlkə elə Xaqaninin, Nəsiminin zərrəsiyik. Yoxsa, axı, nəyə gərək Bu havayı gediş-gəliş? Hardasa göyərir yəqin Sönüb gedən bir yüksəliş. O da tez öldü yəqin tez doğulmaq üçün, Daha tez- daş torpaq, ot-ağac, su -- bulud olmaq üçün. Harda həyat başlanır ölüm bağışlanır. Harda ölüm başlanır Həyat bağışlanır. Bu, məlum fəlsəfə... Bu, məlum səfsəfə, --- deyərək duruxdum. Birdən elə bil mən də yoxdum. Bir arsız “pəh-pəh”dən diksindim. Bir dəli qəh-qəhdən diksindim... 1970
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |