 |
|
|
EŞQİMİN FƏSİLLƏRİ
(Nəğmə)
Harda qaldı o günlər? Eşiqimin ilk baharı? Günəşə mənzil alan Məhəbbət duyğuları...
Göy sənindi, yer mənim, Arzumuzdan yelkənim... Dan yeri sən, nuru mən Sevgi adlı ölkənin...
İşığı qəlbimizdən Aldı sevda yayı da. O sünbüllü düzlərə Bəlkə bir də qayıdaq.
Bulaq başı kölgəli... Sular daşır - el gəlir. Bulaq eşqi qurumaz, Hər gözdə bir göl gəlir.
O payız yarpaqları Nələr, nələr demədi. Vədə gələn yollara Xəzan gələr, demədi. Heyva sarı, nar qızıl; Üzü gülər nar qızın. Eyvanına gün düşməz Qəlbi sınıq, yarsızın.
Sənin qışın yazlıdı. Məni o qışdan soruş. Xatirə yollarına Yağan yağışdan soruş.
Harda qaldı o günlər? Eşqimin ilk baharı!.. Günəşə mənzil alan Məhəbbət duyğuları.
Oktyabr, 1973
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |