|
|
|
BİR AZ GECİKƏNLƏ BİR AZ TƏLƏSƏN...
Sənin taleyinçün çox qorxuram mən. R.Həmzətov
Hər şeyi demək də, danmaq da çətin... Arabir bu gizli dərd udur məni. Bu şıltaq, ərköyün bir məhəbbətin Vaxtsız yetimliyi qorxudur məni.
Kim bir də bu eşqə son beşik deyə... İçə o gözlərin odunu bir də. Dünya dediyimiz bu gözəlliyə Qibləgah eləyə adını bir də.
Dilli də, dilsiz də elə mən idim Qəlbinin səsini qəlbimə yazan. Qorxuram: sən mənsiz ürəyini də Duyub, oxumağı bacarmayasan.
Qorxuram çox şeyin rəngi də dönə, Dağ -- adi daş ola. Bulaq -- adi su. Bir yeni dərd ola: qəlbindən məni Atmamaq qorxusu, Atmaq qorxusu.
Qorxuram: mənhalıq bezdirər səni, Qəfil bir qaraltı durar yolunda. Yalanı, şirindil bir əyləncəni Qorxuram məhəbbət biləsən onda.
Alovu göz yuman, külü qışqıran Ocağın, o çağın qorxudur məni. Hardasa qab yuyan, ev yığışdıran Yetim qocalığın qorxudur məni...
At o mənsizliyi yuxularından, Yaşa nə adımla, nə şöhrətimlə. Ayrıl bu mənsizlik qorxularından Bu dördcə misralıq nəsihətimlə:
Bir az gecikənlə bir az tələsən Üz-üzə gəlibsə -- nə küs, nə ağla. Bir eşqin gələcək həsrətini sən İndidən, indidən ovxarlı saxla...
Yanvar, 1974
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|