* **
İldırım qəzəblə şığıyır yerə, Təbiət qaldırır dağ qalxanını. Nə yer kinayəli baxır göylərə, Nə göylər azacıq yerdən utanır.
Beləcə üzləşir inadla inad, Yenə bir-birini yerlə göy duyur, Yalançı mərhəmət, harayçı imdad Araya girəndə, qəzəb soyumur.
Dekabr, 1973
|
|