 |
|
|
VƏTƏNSİZ MƏHƏBBƏT
Gözdən gözə axan odla yaxınlaşdıq, O da sevdi, mən də sevdim, nə gizlədim... Qanunların hasarını vurub aşdıq, Sərhədlərin qıfılını qırıb açdıq, Durduq bir yol ayrıcında. Bir ürəyin ilk yazına gedən yolun. Bir ürəyin ilk yasına gedən yolun. Məhəbbətdə yalvarış da, demə, varmış; Sevən qəlbi yalvarış da ucaldarmış. “Həyatımı -- sən gül desən -- gül elərəm, Sən, kül desən -- kül elərəm, Ömrüm boyu qədəminə səpələrəm; İstəmirəm dünya mənə qızıl olsun, İstəyirəm bir qaragöz qızım olsun. Gedim ona ad gətirim, sizin eldən, Gözlərinə od gətirim, sizin eldən. Sizin eldən ona ədəb gətirim, Sizin elin dəbincə dəb gətirim. Gedim sizin bulaqlardan içim, gəlim, Özümə bir Leyli donu biçim, gəlim. fəqət getmə, getmə” -- dedi -- “Sənin kimi bir qaragöz ərim olsun. Məclislərdə mənim qoşa yerim olsun. Gündoğanla günbatanın arasında -- Avropanın harasında, harasında -- Yol deyirsən -- bağlatdırım. Çay deyirsən -- qurutdurum, Dağ deyirsən -- uçurtdurum. Sənə qədim Şərq qalası ucaltdırım. Fəqət getmə-getmə” -- dedi. Mən duruxdum. Aramızdan bir xətt keçdi. Məhəbbətin görmədiyi sərhəd keçdi. Dedim yaxşı - bir azacıq möhnət mənə... Bu möhnəti dəf etməyə möhlət mənə... ... Dedim: yaxşı - tutaq indi mən qalası, Sən də tikdin mökəm sevgi qalası; Mən məhəbbət fatehiyəm bu qalada... Qəlbim deyir: “Ay yad eldə qalan adam, Boğuluram, hava gərək bircə udum - Küləyinin tamı gələ ana yurdun”. Qəlbim deyir: “Bir içim su... bircə gilə Araz suyu atəşimə töhfə gələ”. Qəlbim deyir: “Hörümçəyin yerişindən titrəyir bu qala tağı. Özülündə vətən daşı yoxdur axı... Bürü Vətən buluduna qalamı sən. Ürəyini nahaq oda qalama sən”. O, tutuldu, o qaraldı, doluxsundu; Elə bil ki, su sənəyi dolu sındı; Su alışdı, su danışdı saxsılara, Saxsılar da haray saldı ağ sulara: “Bir qəribə könül açdım, Ağlıma nə ağıl gəldi?! Onun vətən məhəbbəti Məhəbbətdən ağır gəldi...” Paris-Bakı, 1970
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |