|
|
|
ŞÖHRƏTƏ ATILAN GÜLLƏ
İlya Çavçavadzeni öldürən güllə indi onun ev-muzeyində saxlanılır.
Bir dərə bağırıb güllə səsindən, Açılıb döşlərdə yarğan-yaralar. Bir qaya hellənib dağ zirvəsindən, Bəlkə şairi yox, onu vuralar.
Çıxıb mehvərindən fayton çarxları, Atlar göy qaşıyıb dırnaqlarıyla. Səksənməsin deyə gürcü dağları O, boğub səsini dodaqlarıyla.
Qırmızı püskürüb vulkan sinəsi, Ağaclar qırmızı yarpaq gətirib. O gün düşmənini al qan sinəsi Özüylə evinə qonaq gətirib.
Döşündə yatmayıb qurğuşun qonaq, Keşikçi dayanıb ev sahibinə. Baxıram, boz kini indi də oyaq... Qorxur oyadarlar, oyanar yenə...
Uyuyur bir evdə ilham, xəyalət, Şair ayrı deyil öz millətindən; Şöhrətin yanında dustaq -- xəyanət Necə də ərimir xəcalətindən.
O, mənə çox tanış göründü, dayan! Neçə yüz illərin gülləsidir o. Bəlkə Nəsimini dabandan soyan Cəllad bıçağının qəlpəsidir o.
Bəlkə də yayınıb yönəlib bura Dantes gülləsinin təpdiklərindən. Qafqazda sağ qalan Lermontovlara Tuşlanan tüfəngin tətiklərindən.
Sabirə tuşlanan hiylələr hərdən Nizəyə dönməyi bacarmayanda, Tiflisin xəyanət muzeylərindən Sifarişlər gəlib yəqin o anda.
Baxıram, bir xurma dənəsi boyda Bir güllə nə dondan nə dona girir. Bəzən bir elatın qurduğu toyda Min illik adətin qoynuna girir;
Sürünür şöhrətin quyğurunda o, Keçib divar olur, yeri gələndə, Bir az aralı dur, aralı, qatso, Qurğuşun göyərir şair görəndə...
1972
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|