|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
YUXU

Qəribə bir yuxu gördüm bu gecə mən,
Qopub qaçmaq istəsəm də
        bu gecədən,
Bacarmadım.
Gördüm məni dəfn eləyir
        beş-on adam.
Mən özüm də
məzarımın kənarında dayanmışam.
Deyirlər ki, mənə buyur:
“Düş, ölç görək qəbrini bir!”
Sevinirəm:
        nə işıqlı, nə genişdir!
Heç olmayıb bu dəsgahda evim mənim.
Kimdir, belə sevib məni?!
Bir xısıltı eşidirəm:
-- Mən qazmışam, mən qazmışam
Seçəmmirəm, kimsən axı,
-- Mən -- xəyanət dostunam ki,
        tanımadın?
-- Tanımadın!..
Birdən məni boğur hirsim;
Qışqırıram: - “Özü qazıb, özü girsin!”
Harayıma küləkləri çağırıram,
Mərd əllərdən kürəkləri
            çağırıram.
“Gəlin, gəlin: dəfn eləyək bu iblisi”.
O, qeyb olur, yoxa çıxır səsi-izi.
Yüyürürəm dalısınca:
“Hey, qoymayın onu qaça!”
Ayılıram, sevinirəm: ölməmişəm...
Ölməmişəm... ey dostlarım, siz arxayın...
Yox, dostlarım,
Xəyanəti yuxuda da yaxalayın.

Fevral, 1971




 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws