 |
|
|
PALIDIN ŞİKAYƏTİ
Qəribə bir meşədəyəm, Qəribə bir peşədəyəm... Burda bütün ağacların dilləri var, Ayaqları, əlləri var. Bəzisinin ayağı baş, Bəzisinin başı ayaq. Eləsi var: görən kordur Eləsi var: yatmış oyaq. Qarnı ilə düşünən də, Qarnı ilə baxan da var; Gözlərini "dost-müsahib" böyüklərin gözlüyünə taxan da var. Qəribə bir meşədəyəm, Qəribə bir peşədəyəm - Gözətçiyəm. Gözləyirəm Görən gözlər bura cığır, yol açmasın. Ayıq başlar Qulağını şeşələyib, Meşəmizin dövrəsinə dolaşmasın. Görürsən ki, bəzən mənim Kötüyümün yan cibinə Bir göbələk tulladılar - Mənası var: "Ağzını yum", Mənası var: "Səsini kəs. Bu dünyada Görən bilməz, Bilən görməz..." Görürsən bəzən belə Bir mövzuda "iclas" gedir "Meşəmizdə nə çatışmır..." Qulluqçular, buyruqçular dəstələnir. Yırtıcılar qürrələnir, "Dəymə mənə..." kolluğunun Qonaqları Dinməməkçün xəstələnir. Söz alır qurd: "Dikəldərək boynunu, Deyir: Qoyaq talalarda Təzə yeriş qanunu. Otluqlardan şikayət var: Əliklər bərk qaça-qaça Çiçəkləri əzir ancaq..." Təklif hədəfə dəyir. Çaqqal söz istəyir: - Yoldaşlar, bülbül səsi Çaşdırır meşəmizi. Yoldaşlar, səhər-səhər İşə gedən Bizim işcil tülkülər Xoruz banı istəyir, Xoruz banı... Onun səsi quyruq üstdə Durğuzdurur ilanı. - Deyir: "bizim meşəmizdə Cür-cücünü qırmağa Bilirsizmi nə çatışmır? - Qurbağa, göy Qurbağa!.." Sonra da təklifinə Özü əl çalır. Sədr - Ayı hirslənir, Qalxıb özü özündəncə söz alır: - Deyək ki, deməliyəm... İşimizdə konkret Təkliflər azdır. Məgər yaxşı olmazdı Deyək ki, filan dərə Çoxdandı müdürsüzdür?.. Səslər: - Düzdü, çox düzdü! - Düzdüsə, niyə düzdü?! Bəs niyə müdürsüzdür? Təklifiniz bəs nədir? - Zoğal yaxşı namizəddir! - Yaxşıdırsa çox yaxşıdır! Nə karədir, o hardandır? - Göy taladan... - Göy taladan... Bəlkə bir az gözləyə o, Çox cavandır... Səslər: "düzdür, Dahiyanə məsləhətdir." Bu minvalla neçə belə Təklif olur, söhbət gedir. Qaş-göz ilə qeybət gedir. Eh, nə bilim, nə bölgülər, nə seçmələr, Aramlar görürəm mən. İpək donlu maralları Yorub yıxan Yalan dolu arabalar Görürəm mən. Çox qəribə meşədəyəm, Çox qəribə peşədəyəm, Çox qəribə nəşədəyəm...
1966
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |