|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Ramiz   MƏMMƏDOV

ANA  YADİGARI
     
    Doğma Vətəninə, onun mavi göylərinə, ağ çalmalı dağlarına, gur çaylarina vurğun olan bir şairin  “Anamdan yadigar nəğmələr” kitabı insana məhəbbətdən, ona tükənməz inam və səmimiyyətdən danışır. Kitabı vərəqləyirik...  “Daş atdım, diksinib oyandı Göy göl”- deyən şair xəyalımızda Göy gölün füsunkar mənzərəsini  canlandırır. Əlində qırmızı qələm tutmuş bürokrat bizdə ikrah hissi doğurur. Özümüzü  “Dalğalarla oynayan qız”ın yanında hiss edirik. Onun məsumluğu, şıltaqlığı bizə xoş təsir bağışlayır və düşünürük ki, doğrudan da: “Qaşı itən bir üzükdür onsuz dalğa, onsuz dəniz”.
     Kitabda istedadlı şairin  müraciət etdiyi qadın – ana, qadın – həyat, ömür-gün yoldaşı gözümüzdə ucalır, müqəddəsləşir, bizi sevindirir, kədərləndirir. Görün şair qadına, onun tükənməz səadətinə olan inamını, etiqadını necə mənali və yığcam bir şəkildə bizə çatdırır:
                                  Məni səcdəsinə gətirər biri,
                                  Qoynunda gül kimi bitirər biri,
                                  Od olub əridər, itirər biri...
                                  Elə ki, ömrümün itər xoş günü,
                                  Dərdim, əzabımın ağır yükünü
                                  Yalnız alar biri, götürər biri...
       Məmməd  İbrahimin, ümumiyyətlə, qadınlar haqqında yazdığı şerlər təbiidir, inandırıcıdır.
      Şair ana itkisi haqqinda bir sıra şerlər yazmışdır.
      Həzin misraları oxuyarkən öz analarımız haqqında düşünür, anasızlığın ağrı-acısını, nisgilini duyuruq.
      “Bacım Gülsümə məktub” şerinin hər misrası kədər yüklü, intizar səslidir:
                                     Demə ki, ay bacım, - anam əvəzi,
                                     Qardaş etibarın bəs hara getdi.
                                     Bir də bu yerlərə dönmək həvəsim
                                     Anamla birlikdə məzara getdi...
                               və yaxud :
                                     Elə bil yarpızın dəyişib tamı,
                                     Nanənin ətri də azalıb bir az.
                                     Çağırın, çağırın gəlsin anamı
                                     Belə bağça olmaz, belə bağ olmaz.
      Bu şerlərdəki dərin ana məhəbbəti, həzin bir nəğmə kimi qulaqlarımızda səslənir, bizi kövrəldir və analarımızı dönə-dönə sevməyə çağırır.
     “Bülbülün səsi”, “Əsəd əmi”, “Vilayi” kimi səmimi şerlər də diqqəti cəlb edir. Kitabdakı “Paslı qılınc”  poeması da təsirli və oxunaqlıdır.    
      Adətən kitab haqqında fikir söylənəndə nöqsanları, qüsur cəhətləri də göstərirlər. Bu ənənəni mən də pozmaq istəmirəm. Kitabda təkrar misralara rast gəlmək olur. Məsələn:
                                        Təbiət düşünər, düşünər məni,
                                        Bir füqur itirən şahmatçı kimi.
                                                                           (“İnsan”)
                                        
                                       ...Neçə böhtan məclisinin
                                       Şahmatında itsəm belə
                                                                   füqur  kimi...  
                                                                   (“Bir otaqda”)
      Məmməd İbrahim şerin, sənətin gələcəyini düşünür. Onun “Deyirlər şer oxunmur”  əsərində deyilir:
                                         Fikirlər dolaşır başımda min-min,
                                         Görən doğrudanmı oxunmur şer?
                                         Görən doğrudanmı insan qəlbinin
                                         İncə hisslərinə toxunmur şer?
       Mən bir oxucu kimi üzümü şairə tutub deyərdim: - hörmətli müəllif, əsl şer oxunur! Sənin şerlərin narahat bir ürəyin çırpıntılarından, düşünən bir beynin ziyasından yarandıgı üçün oxunur.

1967
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws