 |
|
|
MEHMANXANA XİDMƏTÇİSİ
Orta yaşlı, çox şirindil bir qadındı, Elə belə soruşdum ki, "adın nədir?" Çox sevincək: - Asuriyadır - dedi - adım, Ad soruşan qonaqlardan xoşum gəlir... - Ad soruşan qonaqlardan... Elə niyə? - Keçmişimi oyadıram bu sualla. Baş əyirəm "qədim dövlət" bir mücrüyə, Keçmişimə qayıdıram bu sualla. Asuriya! Özü yoxdur, adı mənəm, İndi sönmüş bir ocağı üfürürəm... Qəhərini boğa-boğa gedir qadın, Bəzəkli bir mücrü ilə dönür geri, Elə bil ki, ilk övladı, son övladı Bu mücrüdür, qucağından qoymur yerə. - Aysorların tarixidir bu sandıqça, Gərək sənə üç min ildən söhbət açam... Faytonlara şir qoşublar, bir yaxşı bax, Bu pullara həkk olunub o zamanlar; Çoxlarına gülünc gəlir bu yanşımaq, İndi məni mən olmayan çətin anlar. Assur adlı şəhər olub paytaxtımız, Qızıl kərpic döşənərmiş küçələrə, Sonra Kalxu şəhərində son taxtımız
Xatmurani səltənəti çöküb yerə. Bir əbədi yırtıcılar, bir də - dedi - Mütilərdir tarix boyu yurdsuz qalan. Hərdən belə ürəyimi bu qəm didir: Gərək axı uçmayaydı mənim qalam. - Gərək axı... gərəklərə qalsa gərək "Avesta" da yanmayaydı, Babəkin qılıncı oğurlanmayaydı. Onda gərək günəş özü Yetişəydi Nəsiminin imdadına, İldırımlar qoşulaydı inadına...
"Gərəklərin" tarixini yazmır tarix; Onda kağız, qələm olur, ürək olmur. Tarix, qanla yazanda da kövrək olmur. Min il ağla, ağlayana torpaq vermir. Versə, versə ümid verir, bayraq vermir. Axı taxta çıxanların öz məntiqi, Onu vurub yıxanların öz məntiqi, Bu tarixi yazanların öz məntiqi, Onu cırıb-pozanların öz məntiqi... Bəzən olub: İgidləri doğanlar da alqışlanıb, Körpələri boğanlar da alqışlanıb... Yer üzündə Asuriya olub bir vaxt, Bacım, indi keçən keçib, olan olub. Öz yerinə sancılanda neçə bayraq Gözgörəti talan olub, Yalan olub... Baş əyirəm, müqəddəsdir qızıl mücrün, Asuriya dönən deyil ağlamaqla. Tale sənə bir süpürgə verib bu gün; Bax beləcə, otaqları təmiz saxla...
1973
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |