|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
İLHAMSIZ

Çək gətir günəşi yastığın elə,
Tök gətir yaxana düz ulduzları.
Sıxaq dan yerinin qızartısını,
Silək günbatanın işartısını,
Sənin tamahına qulluqçu olaq,
Sənin iştahana buyruqçu olaq;
Çayları yükləyib çəkək qapına,
Selləri yükləyib tökək qapına,
Dağları döndərək qızıl qalağa,
Dizinə söykəyək qızıl aftafa.
Bütün meşələrin yarpağı daş-qaş,
Bütün ağacların bəhrəsi daş-qaş; -
Yığ sovur, səpələ belədən-belə;
Döy, qovur, səpələ belədən-belə.
Mən şərik çıxmaram dünyana sənin,
Nura bük, ya bələ dumana, sənin...
Bunların hamısı yaxşıdan əla,
Əladan yaxşıdır, səncə, eləmi?
Bunların heç biri çıxarmaz yola
Cındır ilhamınla paslı qələmi.
Mən bir göy,
Bir sarı yarpaq istərəm,
Gözümü doyuram son anımacan;
Götürəm payıma düşən dünyanı
Bəzəyəm sonuncu gümanımacan.
20 oktyabr, 1979

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws