 |
|
|
QIZIL QAYA
Nə yaxşı bu boyda qızıl deyilsən, Adicə qayasan, Adicə daşsan. Minlərin gözündən gilələnib sən Birinin boynundan asılmamısan.
Kürəyin söykəli nəhəng bir dağa, Bir bulaq nəğməsi başlar dibindən. Şöhrət aparmadın özgə torpağa Fateh xurcununda, Oğru cibində.
Qocadan qocasan, cavandan cavan; Döşündə ildırım nərəsi sınar. Sellər yedəkləyən, küləklər çapan İgidlər son anda sənə sığınar.
Qızıldır vətənsiz gələn dünyaya, Qızıldır hər üzə irişən qadın, Nə qədər xoşbəxtsən, a Qızıl qaya, Bu boyda daş oldun, Qızıl olmadın.
Qızıl tabaqlarda qızıl badələr Qızıl qan daşıdı həris şahlara. Sən boyda qızıl da azlıq edərdi Xəzinə içində ac tamahlara.
Başında sızıldar səhər yelləri. Dibində qaqqıldar urun, kəkliyin. Sinənin mamırsız, hamar yerləri Dağ kəli yalayan yerlərdi yəqin.
Nə yaxşı lal oldu bu boyda yalan, Riyalar, məkrlər çovğuna düşdü. Nə qədər qan-qada, nə qədər talan Yarğana tuşlandı, Uçruma düşdü.
Qızıl söz ələyər dindirsən əgər. Vüqarı əyilməz, Özülü möhkəm: Qızıl qayaları belə görüblər, Bizim qayaları belə görmüşəm...
1980
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |