|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Şəkər ASLANOV

ANA  YADİGARI  ƏZİZDİR

                         Od – gülüş, təbəssüm uşaq səsində,
                         Od – fikir, xəyaldır, şən arzulardır.
                         Fəzanın bu günkü  xəritəsində
                         Neçə gəmimizin od yolu vardır.
     Bu misraları oxuyan kimi oxucu dərhal hiss edir ki, bunları yalnız bizim müasirimiz  olan şairlərdən biri yazmışdır. Burada şerin poetik predmeti olan oda bu günkü insanın gözü ilə baxılır, o, insan fikri ilə qiymətləndirilir. Od öz poetik mənasını məhz bu baxımla tapır. Hiss edirsən ki,bu sətirlər kosmosun fəth edildiyi bir dövrdə yazılmışdır. Yüksək sənətkarlıqla deyilmiş misralarda fəzanın ənginliklərinə şütüyüb gedən nəhəng gəmilərimizin açdığı od cığırları, yolları görünür.
     Bu xüsusiyyət Məmməd İbrahimin Azərnəşr tərəfindən buraxılmış “Anamdan yadigar nəğmələr” kitabındakı bütün başqa şerlərdə də özünü aydın büruzə verir. Məmmədin şerlərinin hamısında müasirlik hissi, ehtirası, duyğusu güclüdür. Şerlərinin hər birində təbii insan hissləri səmimi şəkildə etiraf olunur. Oxucu şeri oxuyur, təbəssümlə öz-özünə pıçıldayır: “Necə də yerində deyilib”.
     Məmmədi başqa şair dostlarından fərqləndirən xüsusiyyətlər vardır, onun ifadə tərzi, obyektə poetik münasibəti başqalarına bənzəmir. Onun şerləri poeziyamızın klassik ənənələri ilə möhkəm bağlı olmaqla bərabər sözün həqiqi mənasında novator şerlərdir.
                                   Yaxşılar hərəsi bir cürə yaxşı,
                                   Hər əsr yaxşını yetirə bilmir.
                                   Naqislər külüngü, pislər yağışı
                                   Yaxşının yerini itirə bilmir.
     Burada üçüncü misraya diqqət yetirin: “Naqislər külüngü” və “pislər yağışı” ifadələri  şairin tapıntısıdır. “Görüşlər, vədlər” bölməsində gedən şerlər gənclərimizi mənalı yaşamağa, sevginin qədrini bilməyə, təmiz ailə qurmağa çağırır. Anasına həsr etdiyi şerlər də diqqəti cəlb edir. Bunlar yüksək sənətkarlıqla yazılmışdır. Anasını itirən övladın kədəri intim xarakter daşımır. Bu kədərdə ictimai notlar səslənir.
     “Anamdan yadigar nəğmələr” kitabı Məmməd İbrahimin yaradıcılıq yollarında daha da inkişaf etdiyini, poetik fikirlərinin zənginləşdiyini, ifadə tərzinin daha da bədiiləşdiyini və sadələşdiyini göstərir.
      Ana yadigarı əziz olar.
                                                                                     
1967
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws