TƏKLƏNMƏ
Dost arası yol çəkilməz, Dost arası yol sökülməz, Tale hər vaxt üzə gülməz, Təklənmə, könül!
Bir otaqda bir sən, bir mən, Gəlhagəllər hanı, bilməm? Son güman da itsə birdən Təklənmə, könül!
Öz dərdinə ortaq da ol. Öz içində dustaq da ol. Dön özünə bıçaq da ol, Təklənmə, könül!
Bu mənzilin sonu müşkül, Zirvəyəcən yüyürmüşdün, Dərəsinə qəfil düşdün, Təklənmə, könül!
Arazıma körpü asa Düyünü yox bir nəğmə - sal. Son vurğunu son nəğmə san, Təklənmə, könül!
1981
|
|