* **
Dünya böyük, ömür yolu bir addım, Bir balaca eşq adası yaratdım. Bir uçrumdan fırtınaya tor atdım, Bu cürəti görən, duyan olmadı, Səndən mənə gün ağlayan olmadı.
Sığalını görsə idi kəhərim Yarıyolda büdrərdimi hünərim? Göz yaşından nə barlanım, nə dərim... Günün mənə gün bağlayan olmadı, Səndən mənə gün ağlayan olmadı.
Taleyinin hökmü oldu, nə deyim, Tez doğuldum, gec doğuldun, nə deyim... Zaman keçdi, yaşa doldum, nə deyim... Cavanlıqdan od saxlayan olmadım, Səndən mənə gün ağlayan olmadı.
İki çırpı bir ocaqda gün ağlar, Od səngiyər, köz sızıldar, kül ağlar. Yaş ötəndə yada düşər günahlar: Kim yıxıldı, kim haqlayan olmadı, Kimdən kimə gün ağlayan olmadı...
1981
|
|