 |
|
|
SÖZSÜZ OLANDA
Qələmim yol çəkə, dağ yara bilmir, Yoxdu sözlüyümdə sözdən ayrı dən. Qələmim bəşəri qurtara bilmir, Əməli əyridən, əli əyridən.
Əlini kəsənə əl verir bəşər, Səs verir, kürsüyə çıxardır da bir. Qələmim axtarır ayrı bir peşə Elə ki, kəsərli söz tapa bilmir.
Yalan satmağından əl çəkmir yalan, Düzə dirsək vurur, düz baxa-baxa. Su olur yandıran, su tapmır yanan, Göz də oğurlanır göz baxa-baxa.
Qalır balinasız ümman suları, Sahildə raketlər baş-başa, min-min. Cavab istəyəndə ərzin sualı Dili topuq vurur natiq qələmin.
Qorxuram daş yağa çörək təknəmə - Söz ki, ağsaqqallıq eləyə bilmir. Qəzəb çəlləyinə barıt tökənə Qələmim yağ-ballıq eləyə bilmir.
Bəlkə qələmimi eşitmir masam, Şahların əsası ondan hökmlü! Neruda harayı dəfn olmayıbsa Çili qayaları niyə hönkürür?!
Hardasa bir xalqın itir bayrağı, Hardasa bir səngər vətəndir demək. Toplar dinməyirsə ərzin bayramı, Şəhriyar dinmirsə matəmdir demək!
Sən də bloklara qoşul, qələmim, Qırmızı qələmlər bloku yarat! Döyüb qapısını qonşu qələmin, Dünya sularına qoşun çıxaraq.
Silah bazaları üstündəcə biz Tikək söz bazası - ondan da uca. Uzaq mənzilləri vuran səsimiz Hər dildə danışar, hər eldə uçar...
Hərdən qulaqlarım gözsüz olanda Ürəyim dünyanı eşidə bilmir. Sözlü olmayanda, sözçü olanda Qələmim dərinə işləyə bilmir...
1981
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |