|
|
|
BU GECƏ YUXUMDA ARAZI GÖRDÜM
Bu gecə yuxumda Arazı gördüm, Arazı belə tox görməmişdim heç. Arazı bəxtindən çox razı gördüm, Üstündən yol atdı: "cəsarətlə keç!"
Dedi: sinəsinə çaylar axmasa Dənizlər itirər dənizliyini. Cəsarət üstümdə şahə qalxmasa Təbriz itirəcək Təbrizliyini.
Bu hansı tarixdi - xəzan yarpağı? - Qəfil küləklərin carçıları kim? Mən ki, öyrənmişəm qaya yarmağı, Bir dərə dibinə necə çəkilim?
Qədimlik utanır qədimliyindən, Qədim abidələr gülüş hədəfi. Bir dilin bir dilə qənimliyindən Dad qılır çalağan, dad qılır əfi.
Yüz illər beləcə yatıb mürgülər, Sahil qayaları olsan, nə fayda! Axar su üzünə bir dəfə gülər, Bir də o gülüşlər çətin qayıda.
Su içmək üçündü, çay keçmək üçün; İçilməz, keçilməz çayı su bilmə. İnsanı ölümdən alan ölümün Zəhmini insanın qorxusu bilmə.
Əsrimiz körpülər əsridir indi, Pas atmış ağıllar quylanır yerə. Mənim sularımın dizliyi gendi, Qabarıb hay salar lal sahillərə.
Qoymaz üç addımda çöllər alışa, Qoymaz ağızlarda dillər alışa. Nə qədər yataqda Araz var hələ, Arazdan içməmiş Təbriz var hələ, Ya mənim dərdimlə yaşar bu dağlar, Ya da ki, üstümə aşar bu dağlar...
1981
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|