 |
|
|
KÜR ÜSTÜNDƏ TƏK AĞAC
Ə.Kürçaylının xatirəsinə Kür üstündə tək ağacdı, Sağı-solu düzən idi. Küləklərin əndərinə-döndərinə dözən idi. Sinəsində od soyudan, Buz əridən gücü vardı. Baxışları üfüqlərin tərs üzünü oxuyardı. Nəğməsində Kür harayı, Nəfəsində Muğan duzu. Ömrü boyu oxuduğu kitab idi Muğan düzü. Söz yolunda fəhlə idi əli qabar, çiyni qabar. Şum yerindən yığılmışdı misraları damar-damar. O, şerinin, şeri onun özü idi, əsli idi, Bərkliyi də, sərtliyi də mərdliyinə təslim idi. Danışanda deyərdin ki: Kürsü onun qatarıdı, Yer şarının bu qütbündən o qütbünə aparırdı. Yol gedəndə deyərdin ki: Günəşəcən gedəcəkdi, Öz qəlbinin tufanında təkbaşına avar çəkdi. Ürəyində itirdiyi səsi gəzdi son anında, Əridi səs, qeyb oldu səs ürəyinin vulkanında. Səsləyəni itirdi səs, Dönüb getdi Kür üstünə, Qondu qərib bülbül kimi boynu bükük gül üstünə. Gördü həmən məcra boyu həzin-həzin ötən su var; Tənhalaşan ağacların qəfil sınmaq qorxusu var... 1980 |
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |