|
|
|
KÖHNƏ QAFİYƏLƏR - ÇAYLAQ DAŞLARI
Şairlər, sözləri buxovlamayın, Gəlin yığışdıraq qafiyələri! Təzə fikirlərə yaxın qoymayın Üzülmüş, süzülmüş qiyafələri.
Nə qədər çaydaşı çaylağı ovsun? Çay bezər - sel təzə daş gətirməsə. Bəlkə ovçuluqdan doyar da ovçu Hərdən torbasını boş gətirməsə.
Məlum qafiyələr ekiztay quzu; Kərəsi, kürəsi, təpəli birdir. Şığıyıb birini apardı quzğun... Hansını?.. çobanın özü də bilmir.
Sürtük qafiyəni min qələm yonub, Ələnib, sovrulub bitli dən kimi. Bəzisi dalında gizlənir onun, Qurd kəsək dalında gizlənən kimi.
Gəlin, cındırından sap çəksin hərə, Tapaq bu sözlərə ayrı bir peşə; Bəlkə biz onları yığıb bir yerə Yollayaq Xaqani İyirmi beşə?
Yüyürək özümüz onlardan qabaq Köhnə qafiyələr muzeyi açaq. Onda söykənəcək "ürək" "dirəyə" Onda yapışacaq "gərək" "görəyə".
Onda sığınacaq "yovşan" "dovşana" "Yalançı", "plançı" dirsək-dirsəyə, "Talançı", "palançı" kürək-kürəyə. Özünü axtarar "axur", "naxır da", Onlara qoşulmaq istər "paxır" da Sonuncu qafiyə "və ilaxır" da...
Gözlər torlananda, çənə əsəndə Gəlin çaş salmayaq sözlə əsanı. Şairlər, bu "can-can" çeynəməsindən Canını qurtaraq "Azərbaycanın..."
Daş əzdi, qum sıxdı - yağ alınmadı: Heybəli, xurcunlu, çarıqlı şerim. Nə qədər çalışdın "ağ" alınmadı, Köhnə qafiyəsiz darıxdı şerim...
1982
|
|
|
|
|
|
| | | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
| | | | | |
|
|