 |
|
|
GÜNƏŞ GÜNÜ
Əkinçi, səpinçi gününə yaxın, Dəmirçi, kömürçü gününə yaxın, Bu günü qoparaq il budağından, Elə adisinin, elə bozunun. Süpürüb qarını, silib tozunu Yuyub gözümüzdə, sözümüzdə biz Sərib qurudub da sinəmizdə biz, O günə ad verək, ad - Günəş günü, Əkək ağlımıza, yaddaşımıza. Bir gün salam verək, - İşığın aydın! Töhfəmiz olmasın işıqdan ayrı. Bir gün işıqlansın zirzəmilər də, Üzü gülər olsun gözü nəmlər də. O gün: Birinci and yeri qoy Günəş olsun, Bir yola çıxacaq iki istəyin... Son dəfə baxdığı qoy Günəş olsun Əlacsız xəstənin, ağır xəstənin. İşıq xərcləməyək cinayətlərə, İşıq xərcləməyək xəyanətlərə, Çörəyə nur qataq, suya nur qataq, Söhbətə nur qataq, Sözə nur qataq! İşıq çaparları meydanı açaq, Ulduzlar tökülsün tamaşasına. A şair, qurutma yaranı duzla, Qaralıq gətirmə sən ağ şerinə. Bir işıq ilinə gələn ulduzlar Yüz işıq ilinə dönməz yerinə. Dünyamız o qədər qatı dumanda: Gözləri tor bağlar ulduzların da. Bir günün nurunu yığsaq bir yerə, Bəs edər ən tutqun planetlərə. Bu bir gün O qədər xoş olsun, o qədər işıq O qədər mülayim, o qədər ilıq... Pis sözlər küllənsin söz küllüyündə, Pis günlər utansın pis günlüyündən... Haylayıb Nazimin cocuqlarını, Bir gün onlara da işıq içirdək. Bir gün heyrətimiz tuşlansın göyə, Dünyada nə vardır heyrətdən böyük? Qıraq raketlərin qanadlarını, Kürsüdən endirək diplomatları. Dartıb hədə-qorxu nazirlərinin Yarımçıq saxlayaq çıxışlarını, Onların parlament alqışlarını Qapıb əllərindən ütək bir anda, Bu bir gün seçici salonlarında Səssatma, səsalma nırxını alaq. Bu gün dünyamızda Bir rəngli bayraq Bir rəngli hökm olsun, Bir rəngli arzu. Nə üz cırmaqlansın, nə göz yorulsun, Qoy bu gün tərifə öyrənişənlər Günəşin eşqinə sağlıq desinlər, İmzalarla deyil, gözlə görsünlər: Ağlın duruluğu nə təhər olur, Hökmün bulannığı nə təhər olur, Günəşin işığı necə paylanır, Niyə bu işıqlar gecə paylanır? Amma ki satılır toxum yerinə...
Hər günü, hər ayın kürəyində yük, Vahimə tuşlanır yerin qəlbinə. Bəşərin inadı qorxudan böyük, Təsəlli məlhəmdir insan qəminə.
Deməyin boşalmaz bu dolu boşluq - Zərrəni zərrəyə düysə bu birlik. Bəlkə bu minvalla günə gün qoşub Dünyada işığı qoruya bildik.
1982
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |