 |
|
|
MƏN BİR ZAMAN ŞAİR İDİM
Mən bir zaman şair idim, Zirvələrdən zirvələrə Şığıyan bir şahin idim. Dağ kəlləri bərəsində Ovçuların marığına şahid idim. İlxı görüb havalanan Göy ürgənin yalmanına şərid idim. Zoğal çomaq dəyanətim, Ala köpək hayanımdı. Qara arxac dibindəki Üçbucaq daş ocağım da Ha közərir, ha yanırdı...
Çiynimdəki ala xurcun Quzulara nənni idi. Obaş ertə yaylımında Ulduzları dənləyirdim. Qırğı kimi vuran-tutan, Qarğı kimi çəlimsizdim. Varaqsızdım, qələmsizdim. Bilməz idim: forma nədir; Bölgü nədir; Tənqid adlı döngə-dolay, Tərif adlı bəlkə nədir. Dik baxırdım dağlara dik! İldırımlar yazmamışdı Başəyməklik, əlöpməklik Yazmamışdı, yapıncımın Ətəyinə, kürəyinə, yaxasına. Bax beləcə dağa sığan, daşa sığan... Hər ağrını, hər acını Bir qırımla tulazlamaq Qüvvəsinə qail idim, Mən bir zaman şair idim...
1982
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |