 |
|
|
YA BAXTIM
İlimdən bircə gün bağışla mənə, Ömrümün bir günü özümün olsun. Qalan günlərimi heşan eləyim, Qalan günlərimi bir ovuc darı... Bu Araz dərəsi beləcə qaldı, Alışdı iki dil suyun içində, Bir dərya su yandı iki ocaqda. Təbrizin yolları daşlıdır hələ, Yaman dərinləşdi bu dərə, yaman, - Ağlın gur selləri dibində hələ... Nə vaxt bu dərənin qumu sovrula? Nə vaxt bu dərədə nəhrə çalxana? Uzaqda mələdi bir çoban neyi... Üfüqdə günəşin dodağı qaçdı. Özümün olmayan ömür bəs elər. Ya baxtım, ömürdən bircə gün mənə...
1982
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |