 |
|
|
BİR ÖMÜR YOLUNDA
Dostum Fuad Ələsgərova
Bir ömür yolunda yollar görmüşəm, Çoxu da başlanıb dost qədəmindən...
"Bir ömür yolunda"... bu başlıq nədi? Bir köhnə xalçada bir köhnə yelən. Köhnə söz bir əldə təzəcə dəndi, Bir əldə min illik boz qumdu elə.
İllərim qum oldu, dən oldu harda? - Gərək unudam da, gərək yazam da. Zamanın nəfəsi divarlarımda, Zamanın addımı yazı masamda!
Xatirə bitəndi ürəklə əksən, Yaddaş itirəni kağız itirmir, Yaxşılar yol çəkən, pislər yol sökən, Miyanə adamlar yuxuma girmir.
Ötən gün yaxşıdı ötən gün kimi, Geriyə baxmaqla sağalmaz yaram. Dönsə, heç demirəm pis günlərimi, Yaxşı günlərimə yiyə durmaram.
Kimlər cilovunu tutdu atımın, Dalımca daş atdı kimlər bu yolda - Kimin sapandında dağdan atıldım, Kimlər hənirimi dinlər bu yolda?..
Yüz dərdim dağılıb dost nəfəsiylə, Zülmətdə işaran ağı görmüşəm. Doğruluq, əyrilik tərəzisində Yaxşını yamandan ağır görmüşəm.
Qəlbimin səsindən sözüm doğulub, Külək olmamışam yanan şamlara. Olsa da pislərin özündən olub - Pislik eləmişəm pis adamlara.
Dağda yıxılanda dağdan yapışdım, Enmədim kiçiyin kiçik dizinə. Əldən yapışanda haqdan yapışdım, Əldən yapışmadım əlim isinə!
Hər fikir yolçusu yollara sığmaz, Yol adlı çəhlim də, şimşək də gördüm. Heç yoldan başlamaz, heç yola çıxmaz Yolları həmişə yedəkdə gördüm...
Ömrümə kibrit çək dost əlləriylə, Ömürdü, - bir çəngə küləşdi, - deyim! Döşümə düymə tik dost əlləriylə, Sinəmdən göyərən günəşdi, - deyim!
27 iyun, 1982
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |