 |
|
|
QORXURAM
Nəydi yırğalayan bir nəhəng dağı?! Uçurumlar zamanın yaddaşı kimi!.. Ələnib töküldü dərə aşağı Qayalar dağların göz yaşı kimi...
Ən tənha adamdır çox dostlu adam, Yıxıldın, qaçacaq hamısı birdən. Bir olsun-pir olsun: çıxarma yaddan, Bir olsun-pir olsun, yapış o pirdən!
Düz yola çıxmağa çoxu hələkdi, Bəzi oyaqları ayıltmaq olmur. Bu necə oyundu, Necə hənəkdi? Siçanı pişikdən ayırmaq olmur.
Dağ uçdu? Uçruldu?-Bilinmir bu sirr!- Fitnəkar felləri deyilsə, nəydi? Zamanın qayçısı düzü düz kəsir, Səni əl verdiyin hansı əl əydi?
Hər sözün qulpundan yapışmır əlim, Söz alqı-satqısı heyrətdi bəlkə? Hardasa "olarım", hardasa "bəlim" Əsrin lüğətində nifrətdi bəlkə!
Sən dünən beləydin, qaragöz oğlan, Bu gün də eləsən:- təbi təlaşlı, Böyüklər kölgəsi ünvanı olan- Ay başı fırfıra, ay başıdaşlı!
Ağlım, bu eyhamı sənsiz kim anlar? Sən çaşqın qafamda bir qafa da qur... Niyə bu yıxanlar, bu yıxılanlar Gələndə mələkdi, gedəndə quldur?!
Dərdim min olsa da sönməz çırağım, Səsim öz səsimdən bata, qorxuram. Şairi yalana yatan yığnağın Özü də plana yata, qorxuram.
1989.
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |